AZSAM MMC ŞİRKƏTİNƏ TƏKLİF BUYURDUĞUNUZ ÜÇÜN TƏŞŞƏKÜR EDİRİK

LAYİHƏLƏRİMİZ

Gəncə Beynəlxalq Xəstəxanası

Ana Firma: AZSAM MMC
Gəncə beynəlxalq xəstəxanasının ümümi qapalı sahəsi 11 887 m2-dır, xəstəxana 5 mərtəbədən ibarətdir. Xəstəxananın işçi heyyəti tam olaraq Türkiyədən cəlb olunmuşdur. Müasir xəstəxana kompleksinin tam mexanik təsisatı hazırda şirkətimiz tərəfindən həyata keçirilməkdədir. Xəstəxananın ilkin işçiliyini Türkiyənin mexanik işləri görən bir şirkət etmişdir, sistem doğru çalışmadığı üçün, Gəncə İnternational hosbital bizim şirkətimizə müraciət edərək, yaranmış nöqsanların aradan qaldırılması, sistemin yenidən layihələndirilib, quraşdırılması işlərini şirkətimizə həvalə etmişdir. Şirkətimiz xəstəxananın isitmə, soyutma, havalandırma sistemlərində mövcud nöqsanları təyin etmişdir, sistemləri yenidən layihələndirmiş və yeni layihə əsasən xəstəxananın mexanik təsisatını yenidən quraşdırmışdır. Hazırda xəstəxanada bütün mexanik təsisat standartlara uyğun çalışmaqdadır. Gəncə İnternational Hospitalın isitmə və soyutma sistemləri VRF sistemi vasitəsi ilə, havalandırma sistemi isə layihəyə uyğun olaraq, 'AHU' lar vasitəsi ilə qurulmuşdur.

Respublika Əlillərin Bərpa Mərkəzi

Ana Firma: AZSAM MMC
Bakının Binəqədi rayonunda yerləşən, yeni inşa edilmiş, Respublika əlillərin bərpa mərkəzi ümumi sahəsi 12 860 m2-dır, 85 mənizillik 1 yaşayış binasından və 3 ədəd müalicə binasından ibarətdir. Bərpa mərkəzinin isitmə sistemin layihələndiriliməsi və quraşdırılması şirkətimiz tərəfindən həyata keçirilimişdir. Mərkəz qazanxanası tərəfimizdən yığılmışdır. Qazanxana 1000 000 kcal/s gücünə 2 ədəd qazandan, 1000 lt həcmində 2 ədəd boylerdən və müxtəlif güclərdə nasoslardan ibarətdir. 3800 metrə xarici istilik trasının çəkilişi də tərəfimizdən edilmişdir. Layihə 2014-cü ildə təhvil verilmişdir.

Karvan Palace Otel

Ana Firma: AZSAM MMC
3 mərtəbəli, 82 otaqdan və 4 restorandan ibarət, ümumi sahəsi 3600 m2 olan Karvan Palace otelinin isitmə, soyutma və havalandırma sistemlərinin layihələndiriliməsi və qurlaşdırılması işləri şirkətimiz tərəfindən həyata keçirilmişdir. Otelin soyutma sistemi 360 KVt gücündə chiller-fancoil sistemi ilə, isitməsi isə qazanxana-fancoil sistemi vasitəsi ilə həyata keçirilir. Havalandırma-ventilyasiya sistemi kanal tip ventilyatorlar və geri kazanım cihazları istifadə olunaraq tətbiq olunub. Layihə uğurla təhvil verilib.

Qala Pub Restoran

Ana Firma: AZSAM MMC
Şəmkir şəhərində yerləşən, 2 mərtəbəli, 80 nəfərlik Qala Pub Restoranının havalandırma, ventilyasiya sistemlərinin layihələndiriliməsi və qurlaşdırılması işləri şirkətimiz tərəfindən həyata keçirilib. Qeyd üçün bildirmək isdərdik ki, bu restoranının 200 illik bir tarixi var bu faktor havalandırma sisteminin çəkilməsi zamanı nəzərə alınmalı faktorlardan biridir. havalandırma kanallarının çəkilişi zamanı restoranın tarixi üslubu pozulmamalı idi. Layihə zamanı 4 ədəd m3/s gücündə, p=215 Pa təzyiqli, kanal tip ventilyatorlardan istifadə edilmişdir. Sistem 2012 -ci ildə təhvil verilmişdir.

Viləş Otel

Ana Firma: AZSAM MMC
Masallı şəhərində yerləşən 3 mərtəbəli, 45 otaqdan və 2 restorandan ibarət, ümumi sahəsi 1800 m2 olan Viləş otelin isitmə,soyutma, havalandırma və ventilyasiya sistemlərinin layihələndiriliməsi və qurlaşdırılması işləri şirkətimiz tərəfindən həyata keçirilmişdir. Əlavə olaraq Viləş otelin ərazisində yerləşən 500 nəfər personala xidmət edəcək mətbəxin ventilyasiya sistemi tərəfimizdən layihələndirilib, qurlaşdırılmışdır. Layihə 2013-cü ildə təhvil verilmişdir.

Ballı Restoran

Ana Firma: AZSAM MMC
Ballı restoranının 325m2 sahəsi olan 250 nəfərlik zalının və digər 150m2 istirahət mərkəzinin isitmə,soyutma, havalandırma və ventilyasiya sistemlərinin layihələndiriliməsi və qurlaşdırılması işləri şirkətimiz tərəfindən həyata keçirilmişdir.İsitmə, soyutma sistemi, 4 ədəd (hər biri Qsoy=52000 Btu, 2200 m3/s) salon tip kondisionerlər tətbiq edilərək quraşdırılmışdır. Havalandırma-ventilyasiya sisteminin quraşdırılması zamanı hər birinin gücü 2000m3, P=185 Pa olan 6 ədəd kanal tip aspiratorlardan istifadə edilmişdir. Layihə 2012-ci ildə təhvil verilmişdir.
1 2 3 4