AZSAM MMC ŞİRKƏTİNƏ TƏKLİF BUYURDUĞUNUZ ÜÇÜN TƏŞŞƏKÜR EDİRİK

ÇİLLER SİSTEMİ

Çiller Fankoyl sistemi ərazinin havalandırılması sistemlərininin bir növüdür. Split sistemlərdən fərqli olaraq (Split sistemlərində isti və ya soyuq enerji sıxılmış freon qazı vasitəsilə ötürülür), Çiller sistemini işə salan maddə su və ya su əsaslı donmayan maddədən ibarətdir Sistemi işəsalan maddəni iki terminlə adlandırırlar: Refrigerant (Soyuqötürücü - dondurucu) bu maddə bilavasitə ərazidəki havanı soyudur, soyuq hava kütləsinin, yaranmasına səbəb olur. İkincisi isə Heat Carriers (İstiötürücü - qızıdırıcı) busistem isə ərazidəki hava kütləsinin qızmasına səbəb olur. Əslində isə bu sistemləri fərqli-fərqli sistemlər kimi işlədən maddə eynidir, hər iki halda sistemi işə salan maddə su və ya suəsaslı maddədir.
Çiller Fankoil sistemi çox fleksibl bir sistemdir o müəyyən temperaturda il boyu işləyə bilər, lakin Freon sistemi bu avantaja sahib deyil, belə ki, küçədə havanın temperaturu -10 dərəcədən aşağı olduqda, Freon qazı ilə işləyən sistemləri söndürmək lazımdır Freon sistemi yalnız fəsillərarasında otaq temperaturunu müəyyən temperatura qədər yüksəldə və ya aşağı sala bilər, belə ki, ətraf mühitin havası sıfır dərəcə civarındadırsa, onun işçilik qabiliyyəti çox aşağıdır, -10 dərəcədən aşağı olduqda isə tamamilə yararsızdır.